Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2014-cü il tarixli sərəncamı ilə hər il iyun ayının 25-i "Dənizçi günü" peşə bayramı kimi qeyd edilir. Həyatını çətin və şərəfli peşəyə həsr etmiş, cəmiyyətin fəal üzvləri olan və ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayan dənizçilər peşə bayramlarını bu il daha böyük ruh yüksəkliyi ilə bayram edir. Xalqımız Ali Baş komandanın rəhbərliyi və şanlı ordumuzun zabit və əsgərlərinin şücaəti sayəsində azad olunmuş doğma torpaqlarımızda qələbəni qeyd edərkən, "Cəbrayıl", "Xocalı", "Xudafərin", "Xankəndi" və digər gəmilərimizdə xidmət başında olan dənizçilərimiz öz sevinclərini həmkarları və heyət üzvləri ilə bölüşürdülər. Düşmən üzərində olan inamlı qələbədən sonra hər bir ölkə vətəndaşı, o cümlədən dənizçilərimiz vətənimizin gələcək inkişafı naminə daha səylə çalışmağa davam edəcəyini dəfələrlə bəyan etmişlər.
Əziz dənizçilərimiz,
"Dənizçi günü" münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə təhlükəsiz və uğurlu xidmət arzulayırıq. İnanırıq ki, respublika əhəmiyyətli mühüm enerji layihələrində bundan sonra da öz töhfənizi verməkdə davam edəcəksiniz.
Comments