CMS-in təlim istiqamətləri

Beynəlxalq Dəniz Təşkilatının, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya” nın, eləcə də Azərbaycan Respublıkasının Dövlət Dəniz Administrasiyasının əsasnaməsinin tələblərinə uyğun olaraq gəmi heyət üzvləri və şirkət əməkdaşları mütəmadi olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzində təşkil edilən kurslarda iştirak edirlər. Üzgüçülüyün təhlükəsizliyini, o cümlədən gəmilərdə və iş yerlərində görülən işlər zamanı insan həyatının mühafizəsinin təşkil edilməsi məqsədi ilə beynəlxalq təcrübə əsasında daxili prosedurlara uyğun olaraq müxtəlif adda (İşə icazə; Təhlükənin və Riskin qiymətləndirilməsi; Qapalı sahəyə giriş; Qaz tester; Kimyəvi maddələrin daşınması və saxlanılması qaydaları; Yüklərin əllə daşınması; Neftin dağılması zamanı izolyasiya; Enerjinin izolyasiyası) təlimlər təşkil edilir. Həmçinin əlavə olaraq gəmilərin cəlb edildiyi layihələrə uyğun olaraq xüsusi təlimlər (ilməçi; kran operatoru; oksigen-qaz kəsmə alətlərdən istifadə; lövbər əməliyyatları; DP avadanlıqlarına texniki xidmət; MTU mühərriklərinin mexaniki təmiri və elektrik hissəsinə xidmət; bucurqad əməliyyatları; Siemens elektrik avadanlıqlarının təmiri, və s) təşkil edilir. Sadalanan təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən Azərbaycanda və Azərbaycandan kənarda (Almaniya, Ukrayna, Sinqapur, Norveç) yerləşən təlim mərkəzlərində keçirilir.